RU

Romada Azərbaycan vətəndaşı itkin düşüb

Romada həmyerlimiz Sona Cəmil qızı Quliyeva itkin düşüb.

"Ölkə.az" oxu.az-a istinadla xəbər verir ki, itkin düşən şəxsin boyu təxminən 165 sm, çəkisi 50 kq, arıq bədən quruluşludur.

Məlumata görə, o, 3 noyabr gecəsi Bakıdan Romaya uçub, hava limanına endikdən sonra "Romaya çatdım" sözləri ilə video paylaşıb. Lakin bundan sonra ondan heç bir xəbər almaq mümkün olmayıb.

Artıq 6 gündür ki, Sona Quliyeva ilə əlaqə saxlamaq mümkün deyil. O, nə zənglərə cavab verir, nə də mesajlara. Həmçinin telefonuna zəng çatmır. Məlumata əsasən, o, səfərə səyahət məqsədilə çıxıb.

Qeyd olunur ki, Sona Quliyevanın üzərində böyük məbləğdə pul və telefon olub. Onun itkin düşməsi ilə bağlı Azərbaycanın İtaliyadakı səfirliyinə də məlumat verilib.

Избранный
6
5
olke.az

6Источники