RU

Azər Həşimov: “Penalti mübahisəli epizod idi”

“Futbolçularımız əzmkar mübarizə apardılar”.

İdman.Biz bildirir ki, bu sözləri “Karvan-Yevlax” klubunun baş məşqçisi Azər Həşimov “Araz-Naxçıvan”la oyundan sonra deyib.

Qarşılaşma 2:1 hesabı ilə “Araz-Naxçıvan”nın xeyrinə başa çatıb.

“Penalti mübahisəli epizod idi. Açığı, epizoda baxa bilmədim. Baxandan sonra dəqiq deyə bilərəm. Futbolçular deyir ki, penalti yox idi.

Artıq üçüncü oyundur ki, hesabda öndə olduğumuz halda məğlub oluruq. Futbolçular xal qazanmaq üçün əziyyət çəkirlər, döyüşürlər. Hələ ki idman xoşbəxtliyi bizdən yan qaçır. Güman edirəm ki, gələcəkdə daha yaxşı olar”, - baş məşqçi bildirib.

İdman.Biz

Избранный
33
idman.biz

1Источники