Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) 14-cü Baş Assambleyası keçirilir.
Milli Olimpiya Komitəsindən (MOK) AZƏRTAC-a verilən məlumata görə, iclasda Azərbaycanı MOK-un vitse-prezidenti və İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun baş katibi Azər Əliyev və vitse-prezidenti Fərid Mansurov təmsil edirlər.
Əvvəlcə İSSA-nın 42-ci İcraiyyə Şurasının iclası olub. Daha sonra İSSA-nın Baş Assambleyasının iclası öz işinə başlayıb. İclasda Baş Assambleyanın gündəliyindəki məsələlər barədə müzakirələr aparılıb və İSSA-nın İslam ölkələri arasında 20 illik səmərəli fəaliyyəti yüksək qiymətləndirilib.