İraqda Nümayəndələr Şurasına seçkilər öncəsi sükut günü başlayıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə ölkənin seçki komissiyası məlumat yayıb.
Qeyd edilib ki, noyabrın 9-da hüquq-mühafizə orqanlarının əməkdaşları və məcburi köçkünlər üçün seçkilər keçiriləcək. Ümumi səsvermə noyabrın 11-də keçiriləcək.
Xatırladaq ki, İraqda 2005-ci ildən parlament seçkiləri keçirilir.