RU

İtaliyaya gedən azərbaycanlı qız itkin düşdü

İtaliyada Azərbaycan vətəndaşı Sona Cəmil qızı Quliyeva itkin düşüb.

Moderator.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.

Bildirilib ki, Sona təyyarə ilə noyabrın 3-ü Bakıdan Romaya gedib və çatan kimi video paylaşaraq yaxınlarına məlumat verib. Lakin bundan sonra ondan hər hansı xəbər almaq mümkün olmayıb.

İtaliyaya gəzintiyə gedən gənc xanımın üzərində xeyli pul olduğu qeyd edilib.

Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edildiyi vurğulanıb.

Избранный
14
2
moderator.az

3Источники