İsveçdə Rusiya Ticarət Nümayəndəliyinin ərazisinə növbəti dəfə boya atılıb.
"Report" xəbər verir ki, bu barədə TASS səfirliyə istinadən məlumat yayıb.
"Bu il noyabrın 8-i Rusiyanın Stokholmdakı Ticarət Nümayəndəliyinin ərazisinə drondan növbəti dəfə boya atılıb. Ötən ilin mayından etibarən Rusiyanın İsveçdəki səfirliyi və ticarət nümayəndəliyinə qarşı bu cür insidentlərin sayı 20-dən çox olub", - məlumatda qeyd olunub.
Bildirilir ki, 2024-cü ilin mayından bəri pilotsuz uçuş aparatı (PUA) istifadəsi ilə Rusiya missiyalarının ərazisinə 15-dən çox hücum qeydə alınıb və bu hücumlar zamanı boya qabları atılıb, maddi ziyan vurulub.