İspaniya Primerasında 12-ci turda “Sevilya” “Osasuna”nı (Pamplona) qəbul edib.
İdman.Biz bildirir ki, qarşılaşmada “Sevilya” 1:0 hesabı ilə qalib gəlib. Oyun Sevilyadakı “Ramon Sançes Pisxuan” stadionunda baş tutub.
Ruben Varqas 51-ci dəqiqədə penaltidən qol vuraraq “Sevilya”nın qələbəsini təmin edib.
Bu oyundan sonra “Sevilya” 16 xalla İspaniya yüksək divizionunda səkkizinci, “Osasuna” isə 11 xalla 15-ci yerdədir.
Növbəti turda “Sevilya” 24 noyabrda “Espanyol”la, “qırmızılar” isə 22 noyabrda “Real Sosyedad”la qarşılaşacaq.