RU

ABŞ bu əcnəbilərə viza qaydalarını sərtləşdirir

ABŞ Prezidenti Donald Tramp administrasiyasının yayımladığı hökumət təlimatına əsasən, diabet və ya piylənmə kimi sağlamlıq problemləri olan əcnəbilərin ABŞ-da daimi yaşamaq üçün viza müraciətləri rədd edilə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.

Bildirilib ki, bu qərar əcnəbilərin ABŞ resursları üçün potensial yük yaratması ilə bağlı narahatlıqlara əsaslanır.

Viza müraciəti prosesində vərəm kimi yoluxucu xəstəliklərin yoxlanılması və vaksinasiya tarixçəsinin araşdırılması uzun illərdir standart bir prosedur sayılırdı. Lakin yeni təlimat bu qaydaları xeyli sərtləşdirir.

Belə ki, siyahıya ürək-damar xəstəlikləri, xərçəng, diabet, nevroloji və ruhi sağlamlıq problemləri, həmçinin astma, piylənmə kimi bahalı və uzunmüddətli müalicə tələb edən sağlamlıq problemləri əlavə edilib.

Yeni qaydalara əsasən, viza məmurlarından müraciət edənlərin ABŞ hökumətinin köməyinə ehtiyac olmadan tibbi xərcləri qarşılaya biləcəyini yoxlamağı tələb ediləcək.
Избранный
6
5
sherg.az

6Источники