RU

Türkiyənin üç nəhəng futbol klubu Azərbaycan xalqını təbrik etdi - FOTO

Musavat.com xəbər verir ki, qardaş ölkənin ən tanınmış və ən böyük futbol klubları — Fənərbaxça, Beşiktaş və Qalatasaray sosial şəbəkə hesablarında xüsusi paylaşımlar edərək Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik ediblər.

Klubların paylaşımında Azərbaycan bayrağına, Zəfər Gününün önəminə və Azərbaycan-Türkiyə qardaşlığına toxunulub. Bu təbriklər həm də iki ölkə arasında daha böyük, daha parlaq və möhkəm birliyin növbəti real təzahürü kimi qiymətləndirilir.

Türkiyənin üç nəhəng futbol klubunun Azərbaycan xalqına ünvanladığı bu təbriklər, qardaşlığın bu gün də, hər zaman da canlı və sarsılmaz olduğunu bir daha ortaya qoyur. 

 

Musavat.com

Избранный
31
1
musavat.com

2Источники