RU

Gəncədə Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq oldu

Gəncə şəhərində Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert proqramı təşkil olunub.

APA-nın yerli bürosunun məlumatına görə, tədbir Heydər Əliyev Meydanında baş tutub.

Bayram konsertində respublikanın tanınmış mədəniyyət xadimləri və incəsənət nümayəndələrinin ifasında vətənpərvər mahnılar səsləndirilib, milli rəqslər nümayiş etdirilib.

Tədbiri şəhər rəhbərliyi, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri və şəhər sakinləri böyük coşqu və qürur hissi ilə izləyiblər.

Konsert proqramının sonunda 8 Noyabr – Zəfər Günü münasibətilə möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib.


Telegram kanalımız
Избранный
25
3
yenisabah.az

4Источники