RU

Ceyhun Bayramov: Azərbaycanın təklif etdiyi anlayışlar Rusiya tərəfini qane etmədi

2020-ci ilin dekabrında Azərbaycanın Rusiya tərəfi ilə sülhməramlıların statusu ilə bağlı bir neçə mərhələdə intensiv danışıqları oldu.

"Ölkə.az" xəbər verir ki, bunu İTV-yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, sənədin müzakirəsi zamanı Azərbaycan ora elə elementlər daxil etmişdi ki, birmənalı şəkildə onların məhz Azərbaycan ərazisində, hər bir prosesi Azərbaycanla razılaşdırıb, Azərbaycanın icazəsi ilə etmək anlamına gəlirdi:

"Bu sənədə prinsip etibarilə baxa bilərdik. Həmin anlayışların bir çoxu Rusiya tərəfini qane etmədi. Uzun gedən danışıqlardan sonra hamı anladı ki, ortaq məxrəcə gəlmək mümkün olmayacaq. Elə buna görə, 2024-cü ilə qədər, yəni Rusiya sülhməramlıları buranı tərk edənə qədər heç bir statusu olmadı".

Избранный
7
10
olke.az

10Источники