RU

Gürcüstanın Azərbaycandan siqaret alışına çəkdiyi xərci sentyabrda 47 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 28 milyon ABŞ dolları dəyərində siqaret (tərkibində tütün olan) idxal edib.

NOCOMMENT.az xəbər verir ki, “Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 33 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana siqaret tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

Təkcə sentyabrda Gürcüstan Azərbaycandan 5 milyon ABŞ dolları dəyərində siqaret alıb. Bu, bir əvvələ nisbətən 47 % çoxdur.

Bu ilin ilk 9 ayında Gürcüstan xarici ölkələrdən 115 milyon ABŞ dolları dəyərində siqaret alıb ki, bu da 1 il əvvəlki göstəricidən 6 % azdır.

Hesabat dövründə Gürcüstan Litvadan 32,2 milyon ABŞ dolları, Ermənistandan 18 milyon ABŞ dolları, Ukraynadan 11 milyon ABŞ dolları, Birləşmiş Ərəb Əmirliklərindən 6,8 milyon ABŞ dolları dəyərində siqaret idxal edib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 158,6 milyon ABŞ dolları dəyərində siqaret alıb ki, bunun da 32,2 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

Избранный
47
nocomment.az

1Источники