Bakıda 8 Noyabr – Zəfərin beşinci ildönümünə həsr olunmuş atəşfəşanlıq keçirilib.
"Unikal" xəbər verir ki, Zəfər Günü ölkəmizin bütün bölgələrində olduğu kimi, paytaxtda da böyük coşqu hissi ilə qeyd olunub.
Qeyd edək ki, Zəfər Günü münasibətilə həmçinin Dənizkənarı Milli Parkda tanınmış incəsənət ustaları – müğənnilər, rəqs kollektivlərinin iştirakı ilə təntənəli bayram konserti keçirilib. Bayram tədbirinin keçirildiyi ərazidə, mərkəzi küçə və prospektlərdə, həmçinin istirahət parklarında Vətən müharibəsində qazanılmış şanlı Zəfərin 5-ci ildönümü münasibətilə xüsusi bayram ab-havası yaradılıb, Zəfərə həsr edilmiş plakatlar asılıb. Binaların eyvanlarından üçrəngli Azərbaycan Bayrağı dalğalanır.
Konsertin sonunda atəşfəşanlıq olub.