Daniele De Rossi yenidən vətəni İtaliyada işləyəcək.
"Football-plus.az" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. “Roma”nın sabiq baş məşqçisi “Cenoa”ya təyin olunmağa yaxındı. 42 yaşlı məşqçi müqavilə imzalamazdan əvvəl Milanda klub rəhbərliyi ilə görüşüb.
Qeyd edək ki, De Rossi bunadək “Roma” və SPAL-ın baş məşqçisi olub, lakin heç bir komandada 8 aydan çox çalışmayıb. Əlavə edək ki, “Cenoa” A seriyasında 10 turdan sonra 6 xalla 18-ci yeri tutur. Rəhbərlik uğursuz nəticələrə görə, Patrik Vieyranı istefaya göndərib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта