RU

Qadın cüdoçumuz İslamiadada gümüş medal qazandı

Azərbaycanın qadın cüdoçusu Könül Əliyeva Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb. Metbuat.az xəbər verir ki, 48 kiloqramda çıxış edən idmançı həlledici qarşılaşmada Tuğçe Bederlə üz-üzə gəlib. Rəqibinə ipponla uduzan cüdoçumuz gümüş medalla kifayətlənib.Bu gün, həmçinin Hidayət Heydərov (73 kiloqram) qızıl, Aydan Vəliyeva (52 kiloqram), Fidan Əlizadə (57 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) isə bürünc medal uğrunda mübarizə aparacaq.Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.

Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

Избранный
2
1
metbuat.az

3Источники