Misli premyer-liqasının 11-ci turunda “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - 0:0
Oyunsonrası mətbuat konftansında Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayıb.
⁃ Qələbə günü münasibəti ilə xalqımızı, dövlətimizi təbrik edirəm. Allah şəhidlərimizə rəhmət etsin. Qarşımızda bütün komandalardan daha təhlükəli hücum edən komanda var idi. Hücum potensialı çox güclü komandadı. “Turan Tovuz” səhv xatırlamıramsa, qapımıza zərbə endirə bilmədi. 60-cı dəqiqədən sonra say üstünlüyümüz oldu. Daha böyük qüvvə ilə irəli atıldıq. Qol vura bilmədik. Amma məğlub olmadıq.
⁃ Hakimliyini bəyəndiyiniz Əliyar Ağayevdən razı qaldız?
⁃ Birinci hissədə epizodlar var idi ki, etiramızı bildirdik. Bizi özümüzdən çıxaran epizod var idi. Uzaqdakı yan xətt hakim qırmızı vərəqə verilməsini dedi. 50 metrdən epizoda müdaxilə etdi. VAR sistemi var. Epizodda "qırmızı"lıq bir şey yox idi. Əliyar bəyin də dərhal qırmızı verməsi… Hamımız emosional olduq. Oyunun sonunda qayda pozuntuları var idi ki, bəlkə bizim, digər komandaların xeyrinə verilsə, təhlükəli deyil. Amma "Turan Tovuz" standart vəziyyətlərdə təhlükəli komandadı. Oyunun içində bu məqamlar olur. Hakim səhvi nəticəyə təsir etmədi. Vacib olan da budu.
⁃ Aydın nə əcəb oynamadı?
⁃ İki oyunluq idi. Aydın bizim üçün dəyərlidi. Aydının da ustalığı var. Tiaqo ilə danışmışdıq.
⁃ Əvvəlki mövsümlərdə qələbəsizlik tilsimi olurdu. Bu mövsüm nə dəyişdi ki, bu olmur?
⁃ Düz deyirsiz. Amma indi olmamağı gələcəkdə də olmayacağı demək deyil. Özümü təhlil etdim ki, nələri səhv edirəm. İldən ilə futbolumuz inkişaf edir. Bu bizi sevindirsə də, nəticə qazanmaq çətindi. Çempionluqla bağlı da nə isə demək olmur. Məncə, çempionatın sonunadək belə olacaq.
MÜZƏFFƏR QULUZADƏ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта