RU

Slovakiya Çin Sədri Si Cinpinin səfərinə hazırlaşır

Bakı. Trend:

Slovakiya Çin Xalq Respublikasının Sədri Si Cinpinin ölkəyəsəfərini gözləyir.

Trend xəbər verirki, bunu Slovakiyanın Baş naziri Robert Fitso bəyan edib. Lakin o,səfərin dəqiq tarixini açıqlamayıb.

Fitso əlavə edib ki, yaxın vaxtlarda Almaniya kansleri FridrixMerts və NATO-nun baş katibi Mark Ruttenin də Slovakiyaya səfərləriplanlaşdırılır. “Biz kansler Mertslə onun yaxın gələcəkdəSlovakiyaya səfəri barədə açıq razılığa gəlmişik. Düşünürəm ki, başkatib Mark Rutte də noyabrın 18-də burada olacaq və sonra mənBrüsselə gedəcəyəm”, – baş nazir qeyd edib.

Fitso, həmçinin Rusiyanın dondurulmuş aktivlərinin 140 milyardavroluq hissəsinin Ukraynanın yenidən qurulması və ya yardımı üçünistifadə edilməsi məsələsinə münasibət bildirib. O, bu aktivlərinKiyevə müdafiə məqsədilə yönəldilməsini dəstəkləmədiyinivurğulayıb.

“Yəqin ki, silah və hərbi xərclərə 140 milyard avro xərcləsək,bunun heç vaxt geri qaytarılmayacağı qənaətinə gələcəyik. Slovakiyahərbi xərclərdə iştirak edə bilməz”, – Robert Fitso bildirib.

Избранный
47
az.trend.az

1Источники