RU

ABŞ rəsmilərinin miqrantlarla bağlı yeni planı

BAKI, 9 noyabr. TELEQRAF

ABŞ rəsmiləri anbarları miqrantların saxlanma mərkəzlərinə çevirməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "NBC News" Ağ Evdəki və Daxili Təhlükəsizlik Departamentindəki mənbələrə istinadən xəbər verir

Bildirilib ki, Tramp administrasiyası böyük anbarlar əldə etməyi və onlardan deportasiyadan əvvəl sənədsiz immiqrantları saxlamaq üçün istifadə etməyi düşünür.

Mənbələrə görə, bu anbarlar Amazon kimi şirkətlər üçün nəzərdə tutulub. Bu obyektlər, orta hesabla, indiki immiqrasiya təcridxanalarının ölçüsündən iki dəfə böyükdür ki, bu da ABŞ səlahiyyətlilərinə əhəmiyyətli dərəcədə daha çox sənədsiz immiqrantı tutmağa və saxlamağa imkan verir.

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) ölkənin cənubunda, miqrantların ən çox deportasiya edildiyi hava limanlarının yaxınlığındakı anbarlarla maraqlanır.

Избранный
37
teleqraf.com

1Источники