RU

Suriyada İŞİD-lə əlaqəsi olan 70-dən çox adam saxlanılıb

BAKI, 9 noyabr. TELEQRAF

Suriya Daxili İşlər Nazirliyi İŞİD hücrələrinə qarşı keçirdiyi əməliyyat zamanı 70-dən çox adamı saxlayıb.

Teleqraf “Əl-İxbariya” telekanalına istinadən xəbər verir ki, Suriya Daxili İşlər Nazirliyi İŞİD qruplaşmasının hücrələrinə qarşı profilaktik əməliyyat zamanı 71 nəfəri saxlayıb.

Mənbə bildirib ki, təhlükəsizlik qüvvələri ölkənin müxtəlif əyalətlərində 61 reyd keçirib.

"Qrupun yüksək rütbəli, təhlükəli, orta və sıravi rəhbərləri saxlanılıb", - məlumatda deyilir.

Избранный
61
teleqraf.com

1Источники