RU

Çin alimlərindən iddialı açıqlama 150 il yaşamaq mümkündür

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

Çinin cənubunda fəaliyyət göstərən Lonvi Biosciences adlı startap üzüm çəyirdəyi ekstraktında olan birləşmələr əsasında yaşlanmaya qarşı həb hazırlayır.

Teleqraf xəbər verir ki, bu barədə The New York Times” qəzetinə şirkətin texniki direktoru Lyu Tsinxua məlumat verib.

"150 il yaşamaq mümkündür, bir neçə ildən sonra bu reallığa çevriləcək”, - deyə o bildirib.

Startap üzüm çəyirdəyi ekstraktında olan prosiandidin C1 (PCC1) adlı təbii birləşmə əsasında dərman hazırlayır. Şanxaydan olan alimlərin apardığı tədqiqatlar göstərib ki, bu maddə yaşlanan hüceyrələri selektiv şəkildə məhv edərək siçanların ömrünü uzadır.

Eyni zamanda, şirkətdə hesab edirlər ki, müasir tibb ölümü tam məğlub edə bilmək barədə fikirlərə hələ də ehtiyatla yanaşmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
1
sherg.az

2Источники