RU

Filarmoniyada Vətən müharibəsindəki Zəfərin 5 ci ildönümünə həsr olunmuş konsert keçirilib

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 9 noyabr, AZƏRTAC

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 44 günlük Vətən müharibəsindəki Zəfərin 5-ci ildönümünə həsr olunmuş yubiley konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri, eləcə də Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi altında Azərbaycan Dövlət Xor kapellası çıxış edib.

Konsertdə Ceyhun Allahverdiyevin “Qələbə” üvertürası, Məmmədağa Umudovun “Qarabağ Azərbaycandır”, Rafiq Əliyevin “Şuşaya aparan yollar”, Niyazinin “Türk marşı”, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Çənlibel xoru, Eldar Mansurovun “Ulu Torpaq”, Faiq Sücəddinovun “Zəfər” simfonik poeması və Cavanşir Quliyevin “Əsgər marşı” əsərləri səsləndirilib.

Gecənin solistləri Tural Ağasıyev (tenor) və Nigar Əsgərova (soprano) olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
62
1
azertag.az

2Источники