RU

İraqda parlament seçkiləri ərəfəsindəSÜKUT GÜNÜ BAŞLAYIB

İraqda Nümayəndələr Şurasına (parlament) 2005-ci ildən bəri sayca altıncı seçkilər ərəfəsində sükut günü başlayıb.

 

Bu barədə İraqın Müstəqil Seçki Komissiyası məlumat yayıb.

 

Seçkilər noyabrın 9-da başlayacaq və ayın 11-nə qədər davam edəcək.

 

329 deputat mandatı uğrunda təxminən 7,8 min namizəd mübarizə aparacaq.

 

Ümumi səsvermə noyabrın 11-də baş tutacaq.

 

“Report” bildirir ki, sorğu məlumatlarına görə, hazırkı Baş nazir Məhəmməd Şiya əs-Sudaninin rəhbərlik etdiyi hakim "Bərpa və İnkişaf" koalisiyası 50 mandat qazanacaq. Keçmiş hökumət başçısı Nuri əl-Malikinin "Hüquqi dövlət" blokunun 38 yer, parlamentin keçmiş spikeri Məhəmməd əl-Halbusinin rəhbərlik etdiyi "Takaddum" ("Tərəqqi") koalisiyasının isə 26 mandat qazanacağı gözlənilir.

Избранный
12
4
senzor.az

6Источники