RU

Təbriz klubu doğma şəhərdə uduzdu, 7-ci yerə düşdü

İran çempionatında 10-cu turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, “Traktor” öz meydanında “Xeybar Xorramabad”ın qonağı olub.

Qarşılaşma Təbriz klubunun 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. “Traktor” 45+2-ci dəqiqədə hesabda önə keçsə də, sonradan qapısında 2 qol görməklə xalsız qalıb.

Bu məğlubiyyətdən sonra 13 xalda qalan Təbriz klubu turnir cədvəlində 7-ci yerə düşüb.

Избранный
60
sportinfo.az

1Источники