RU

Kanar adalarında nəhəng dalğalar 3 turistin ölümünə, 15 nəfərin xəsarət almasına səbəb olub

İspaniyanın Kanar adaları qrupuna daxil olan Tenerife adasında nəhəng dalğaların sahilə çırpılması nəticəsində 3 turist həlak olub. SİA yerli mediaya istinadla xəbər verir ki, sahilə çırpılan güclü dalğalar turistlərdən ibarət qrupu dənizə çəkib. Nəticədə ölənlərdən əlavə, 15 nəfər də xəsarət alıb.

Kanar adalarının yerləşdiyi Atlantik okeanınında xüsusilə payız və qış aylarında nəhəng və proqnozlaşdırılması çətin olan dalğalar yaranır. Adanın ətrafındakı sular çox dərin olduğundan nəhəng dalğalar demək olar ki, heç bir maneə olmadan şiddətlə sahilə çırpılır. Buna baxmayaraq, turistlər hər il yerli hakimiyyət orqanlarının xəbərdarlıqlarını və sahil boyunca yerləşdirilmiş aydın nişanları çox vaxt nəzərə almırlar. Bu dəfə də altı fransız turist xəbərdarlıq lövhələrinə məhəl qoymayaraq, dəniz kənarında olarkən dalğanın təsirinə məruz qalıb və dənizə sürüklənib.

Təcili yardım və xilasetmə xidmətləri vətəndaşlara və turistlərə sahil bölgələrində diqqətli olmağı tövsiyə ediblər, çünki bu dalğalar bəzən qəfildən yarana bilər.

Избранный
13
2
sia.az

3Источники