RU

Sabalenka Rıbakinaya uduzduqdan sonra göz yaşlarını saxlaya bilməyib

Dördqat “Böyük Dəbilqə” çempionu və dünyanın birinci raketkası, belaruslu tennisçi Arina Sabalenka, Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 2025-ci il WTA Yekun çempionatının finalında uduzduqdan sonra emosiyalarını saxlaya bilməyib.

İdman.Biz bildirir ki, Sabalenka finalda qazaxıstanlı Yelena Rıbakinaya məğlub olub.

Arina mükafatlandırma mərasimindəki çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib.

O, karyerasında ikinci dəfədir ki, WTA Yekun çempionatının finalında uduzub. 2022-ci ildə Sabalenka fransız Karolin Qarsiyaya məğlub olmuşdu.

Elena Rıbakina ilk WTA Yekun çempionatının qalibi titulunu qazanıb. Bu, onun 11-ci tituludur.

İdman.Biz

Избранный
50
1
idman.biz

2Источники