RU

Respublikaçı çoxluq Senatın tətilə getməsinə imkan vermir

ABŞ Senatındakı Respublikaçılar və Demokratlar son 24 saat ərzində federal hökumətin yenidən açılması ilə bağlı məsləhətləşmələr aparıblar.

Musavat.com xəbər verir ki, bunu Senatın çoxluq lideri Con Tun (Cənubi Dakota ştatından Respublikaçı) jurnalistlərə deyib. Ondan ikipartiyalı məsləhətləşmələri konstruktiv hesab edib-etmədiyi soruşulduqda, o, "bəli" cavabını verib.

Tun hökumətin yenidən açılmasına yönəlmiş yeni qanun layihələri paketi üzərində işlərin davam etdiyini bildirib: "Düşünürəm ki, həllə yaxınlaşırıq". O, təfərrüatları açıqlamadan əlavə edib ki, bu qanun layihələrinin təsdiqlənəcəyinə dair heç bir əminlik yoxdur. O, səsvermənin nə vaxt keçirilə biləcəyini dəqiqləşdirməyib.

Qeyd edək ki, Senat bu gün yenidən toplanacaq. Tun həmçinin yuxarı palatanın üzvlərinin hökumətin yenidən açılması məsələsi həll olunana qədər tətilə getməyəcəyinə zəmanət verib. 

Musavat.com

Избранный
45
2
musavat.com

3Источники