Polşa Ekstraklasasında 15-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geydiyi “Motor” öz meydanında “Visla Plok”u qəbul edib.
Görüş 1:1 hesabı ilə başa çatıb.
Renat əvvəldən sona kimi qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.
Dadaşovun komandası 15 turdan sonra 16 xalla 14-cü pillədə qərarlaşıb.