RU

Qəribə tale: Özü Ukraynaya, oğlu isə Rusiyaya qarşı döyüşürmüş...

Rusiyada maraqlı məhkəmə prosesi baş tutub. Belə ki, Sankt-Peterburqun Kalininski Rayon Məhkəməsi yetkinlik yaşına çatmayan Vyaçeslav adlı şəxsi terror təşkilatına qoşulmaqda təqsirli bilərək həbs edib.

Publika.az xəbər verir ki, bu barədə şəhər məhkəmələrinin mətbuat xidməti özünün Telegram kanalında məlumat yayıb.

İstintaq məlumatlarına görə, təqsirləndirilən şəxs ekstremizmin tərəfdarı olub və Rusiyanın Xüsusi Hərbi Əməliyyat(SVO) adlandırdığı Ukraynada aparılan müharibəyə qarşı çıxıb.

Yeniyetmə bu ilin 3 fevral tarixindən Ukraynada yaradılmış Rusiya Könüllü Korpusunun (RDK-Rusiya Federasiyasında terrorçu təşkilat kimi tanınır-red.) nümayəndələri ilə əlaqələr qurub. O, təşkilatın fəaliyyətində və əməliyyatlarında iştirak etmək istəyini bildirib. Daha sonra yeniyetmə Novaya Oxta və Parnas dəmir yolu stansiyaları arasında, eləcə də Toksovskoye şossesindəki yol qovşağının yaxınlığında nəqliyyat infrastrukturunda kəşfiyyat aparıb.

Məlumatda deyilir: “Vyaçeslav adları çəkilən obyektlər haqqında məlumatları (fotoşəkillər, video materiallar və yerləşmə) RDK nümayəndələrinə sonradan bu obyektdə təxribat və ya terror aktı törətmələri üçün göndərib”.

Избранный
40
50
publika.az

10Источники