Britaniyalı "McLaren" pilotu Lando Norris "Formula-1" üzrə Braziliya Qran-prisinin təsnifat mərhələsinin qalibi olub.
Avtosfer.az xəbər verir ki, yarış "İnterlaqos" trekində keçirilir.
"Mercedes"dən Kimi Antonelli ikinci, "Ferrari"dən Şarl Lekler isə üçüncü yeri tutub.
Qeyd edək ki, əsas yarış 9 noyabrda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.