RU

Gülcanın ölümünə görə mama-ginekoloq həkimlikdən uzaqlaşdırıldı

Öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib səhlənkarlıq etməsi nəticəsində Culfa rayon sakini Gülcan Allahverdiyevanın ölümünə səbəb olan Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinin mama-ginekoloqu Zülfiyyə Ağayevanın məhkəmə prosesi başa çatıb.

Teleqraf-ın məlumatına görə, Culfa Rayon Məhkəməsində keçirilən prosesdə Z.Ağayeva Cinayət Məcəlləsinin 314.2-ci maddəsi üzrə təqsirli bilinib və onun azadlığı 2 il 6 ay müddətinə məhdudlaşdırılıb.

Bundan başqa, 58 yaşlı mama-ginekoloq 2 il müddətinə dövlət və özəl tibb müəssisələrində məsul və rəhbər vəzifə tutmaqdan, həmçinin həkim peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib.

Qeyd edək ki, Z.Ağayeva səhlənkarlıq edərək G.Allahverdiyevaya hamiləliyi dövründə qüsurlu tibbi xidmət göstərib, hamiləyə antenatal xidməti tam həcmdə aparmayıb, nəticədə, o, “Hiperkoaqulyasiya fonunda ağciyər arteriyası şaxələrinin trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı”ndan ölüb.

Bundan başqa, Z.Ağayeva məhkəmədə “Həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatı”nın tələblərinə riayət etmədiyi üçün xəstəxanaya müraciət edən başqa bir hamilə qadının da uşağının ölümündə təqsirli bilinib.

Qeyd edək ki, G.Məhərrəmova Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin Nəqliyyat mühəndisliyi ixtisası üzrə 2-ci kursunda (qiyabi) təhsil alırdı.

Избранный
49
3
teleqraf.com

5Источники