Ukraynada məhkəmə Kiyevin Darnitski rayonu polis idarəsinin rəisi Yuri Rıbyanskini cinayətkarlardan götürülmüş 400 min dolları mənimsədiyi üçün həbs edib.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Rıbyanski barəsində 60 günlük həbs-qətimkan tədbiri seçilib.
O, 13,3 milyon qriven (təxminən 317,3 min ABŞ dolları) məbləğində girov qoymaqla azadlığa buraxıla bilər.
"Cebheinfo.az"