RU

Zidan Yuventus barədə: Orda nəyin bahasına olursa olsun qalib gəlməyi öyrədirlər

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Yuventus"un keçmiş oyunçusu Zinəddin Zidan Turin klubu barədə fikirlərini bölüşüb. Fransalı veteran futbolçu bununla bağlı "La Gazzetta dello Sport" nəşrinə açıqlama verib:

"Bu klub həmişə ürəyimdədir və əminəm ki, "Yuventus" yenidən möhtəşəm olacaq. Orda nəyin bahasına olursa olsun qalib gəlməyi öyrədirlər. Fransada qalib gəlməsən, bu, elə də böyük problem yaratmır. Heç kim sənin üstünə gəlmir. Amma Seriya A-da isə vəziyyət fərqli idi".

Qeyd edək ki, fransalı mütəxəssis 1996-2001-ci illərdə "Yuventus"da oynayıb. O, 2021-ci ilin iyununda "Real"ın baş məşqçisi postundan ayrılandan sonra işsizdir. Gəzən söz-söhbətlərə görə, Zidan 2026-cı ildə keçiriləcək dünya çempionatından sonra Fransa millisinin növbəti baş məşqçisi olacaq. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
42
sport24.az

1Источники