Suriya prezidenti Əhməd əl-Şaraa və xarici işlər naziri Əsəd əl-Şeybani ABŞ-a səfərlərinə basketbol oyunu ilə başlayıblar. Onlara ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper və admiral Kevin Lambert qoşulub.
Məlumatı əl-Şaraa öz İnstagram hesabında paylaşıb:
"Admirallar Kuper və Lambertlə meydanda kiçik bir məşq".
Qeyd edək ki, Əhməd əl-Şaraa 8 noyabrda rəsmi səfər üçün ABŞ-a gəlib. Ağ Evin mətbuat katibi Kerolin Levittin verdiyi məlumata görə, Əhməd əl-Şaraa noyabrın 10-da Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşəcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта