RU

“Dövlət bayrağı milli birlik və həmrəylik rəmzidir” - Kamaləddin Qafarov

"Artıq beşinci ildir ki, müqəddəs üçrəngli Bayrağımız işğaldan azad edilmiş Şuşa şəhərində, 2023-cü ildən isə həm də Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə dalğalanmaqla bütün Azərbaycan xalqına sonsuz qürur hissi yaşadır". Bu sözləri 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və həmin iclasın keçirildiyi AXC Nazirlər Şurasının binası üzərində qaldırılıb. "Bu bayraq 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən "Türkçülük, müasirlik və islamçılıq" düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir. Sonralar Ulu Öndər bu barədə deyirdi: "Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsindən sonra  məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı". 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir." 

Millət vəkili daha sonra qeyd edib ki, dövlətimizin özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir: "Ulu Öndər Heydər Əliyev bayrağa olan sevginin aliliyini vurğulayaraq  demişdir: "Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun". Ümummilli Liderimiz dövlət bayrağının milli birlik və həmrəyliyimizi formalaşdıran əsas atributlardan biri oldunu hər zaman xüsusi qeyd etmişdir. Xalqımızın birliyi, həmrəyliyi torpaqlarımızın işğalına son qoymuş tarixi Qələbəmizin əldə olunmasını şərtləndirən əsas amillərdən biri olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyev azad olunmuş bütün ərazilərimizdə Dövlət bayrağını şəxsən dalğalandırmaqla bizim bu torpaqlara qayıdışımızın əbədi olduğunu bir daha bütün dünyaya bəyan etdi".

Избранный
25
13
day.az

10Источники