TÜRKSOY-un təşkilatçılığı ilə növbəti Türk Dünyası Mədəniyyət Forumu Azərbaycanda baş tutacaq.
Bu barədə TÜRKSOY-un Baş katibi Sultan Raev açıqlamasında məlumat verib.
Forumun 2026-cı ilin aprel ayında keçirilməsi planlaşdırılır. Tədbirin təşkil olunacağı məkan kimi Şəki və Naxçıvan şəhərləri ilə bağlı müzakirələr aparılır:
“Azərbaycan TÜRKSOY-da ən lokomotiv ölkələrdən biridir. Biz Azərbaycanda bir çox layihələr həyata keçirməyi planlaşdırırıq. 2026-cı ilin aprelində keçiriləcək Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində animasiya filmlərinin nümayişi kimi maraqlı layihələr də nəzərdə tutulur”.