RU

Kuala-Lumpur bələdiyyəsinin binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTO

Malayziyada paytaxt Kuala-Lumpur şəhərinin bələdiyyəsi 8 Noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibətilə Azərbaycanla həmrəylik nümayiş etdirib. SİA xəbər verir ki, Kuala-Lumpur şəhər bələdiyyəsinin inzibati binasının möhtəşəm “MENARA-1” qülləsi üzərindəki rəqəmsal ekranda nəhəng Azərbaycan bayrağı proyeksiya edilib. Şanlı üçrəngli bayrağımızın fonunda “Zəfər Günün mübarək, Azərbaycan” sözləri yazılıb.

“MENARA-1” qülləsinin ekranının hündürlüyü 90 metrdən yüksək olmaqla, Malayziyanın ən böyük rəqəmsal nümayiş məkanı hesab olunur.

Избранный
26
3
sia.az

4Источники