RU

ABŞ-la Boliviya diplomatik münasibətləri bərpa edir

ABŞ hökuməti Boliviya ilə 2008-ci ildə kəsilmiş diplomatik münasibətləri səfir səviyyəsində bərpa etmək niyyətindədir.

"Ölkə.az" xəbər verir ki, məlumatı Cənubi Amerika ölkəsinin yeni prezidenti Rodriqo Pasın andiçmə mərasimi üçün La Pasa gələn ABŞ dövlət katibinin müavini Kristofer Landau açıqlayıb: "Biz münasibətləri səfir səviyyəsində həmişə olduğu kimi bərpa edəcəyik. Mən bunu çox vacib bir addım hesab edirəm və ümid edirəm ki, çox tezliklə səfirlər təyin edə biləcəyik".

Qeyd edək ki, 2008-ci ildə o vaxtkı Boliviya prezidenti Evo Morales ABŞ səfiri Filip Qoldberqi müxalifəti maliyyələşdirməkdə və iğtişaşları dəstəkləməkdə ittiham edərək onu persona-non qrata elan etdi. Qısa müddət sonra ABŞ-ın keçmiş prezidenti Corc Buşun administrasiyası Boliviya səfirini Vaşinqtondan qovdu və Boliviyanı narkotik qaçaqmalçılığı ilə mübarizə üzrə beynəlxalq öhdəliklərini görməzdən gələn ölkələr sırasına saldı.

Pas 8 noyabrda Boliviya prezidenti vəzifəsinə başlayıb. Seçki kampaniyası zamanı o, ölkənin dünya ilə əlaqələrini intensivləşdirməyi zəruri hesab etdiyini, xüsusən də ABŞ ilə münasibətləri bərpa etmək və regional əməkdaşlığı inkişaf etdirmək ehtiyacını vurğulayıb. Seçkidən sonra Pas ABŞ-a səfər edib və orada dollar çatışmazlığı səbəbindən yanacaq təchizatında fasilələrlə üzləşən ölkəsinə yardım danışıqları aparıb.

Избранный
9
3
olke.az

4Источники