RU

Türkiyə, Azərbaycan və Ermənistan nazirlərinin üçtərəfli görüşü üçün şərt açıqlandı

Azərbaycan razılıq verərsə, Türkiyə, Azərbaycan və Ermənistan nəqliyyat nazirlərinin üçtərəfli görüşü təşkil edilə bilər.

Azreform.info xəbər verir ki, bu barədə Türkiyə nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu APA-nın Türkiyə bürosuna açıqlamasında bildirib.

Abdülkadir Uraloğlu vurğulayıb ki, üçtərəfli görüşün keçirilməsi tamamilə Azərbaycanın mövqeyindən asılıdır: “Biz Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə tez-tez görüşürük. Ermənistanın nəqliyyat naziri ilə də bir neçə dəfə görüşlərimiz olub. Üçtərəfli görüşün keçirilməsi yalnız Azərbaycanın razılığı ilə mümkündür. Razılıq olarsa, biz buna tam hazırıq, çünki Azərbaycanın mövqeyi bizim üçün böyük əhəmiyyət daşıyır”.

Nazir əlavə edib ki, Zəngəzur dəhlizi üçün hazırlıqlar yüksək səviyyədədir və Azərbaycanla kifayət qədər koordinasiyalı iş aparılıb:

“Sülh prosesi tam şəkildə həyata keçdikdən sonra nə etməli olduğumuzu əvvəlcədən planlaşdırmışıq. Bütün hazırlıqlarımız var. Keçmişdə birgə həyata keçirdiyimiz kifayət qədər layihələr mövcuddur, buna görə də onları yenidən həyata keçirməyə ehtiyac qalmayacaq”.

Избранный
19
10
azreform.info

10Источники