Səhər saatlarında bir nəfər vətəndaş paytaxtın Binəqədi qəsəbəsi ərazisində yerləşən metal qüllənin üzərinə çıxıb.
"Yeni Sabah" FHN-ə istinadla xəbər verir ki, xilasediciləri çağırış üzrə əraziyə cəlb olunublar.
Qülləyə çıxan 2007-ci il təvəllüdlü B.T adlı şəxs olub.
Xilasedicilər onunla ünsiyyət qurub və davamlı psixoloji söhbət aparılmaqla zəruri təhlükəsizlik tədbirləri görülüb.
Nəticədə gənc oğlan xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Telegram kanalımız