RU

Vətən müharibəsinin qazisi: "Calal Arutyunyan bizi öz bölməsi kimi qələmə verdi" - VİDEO

"Cəbrayıl ərazisində ermənilərin "022" saylı xüsusi təyinatlı hərbi hissəsi yerləşirdi. Bu əməliyyatda Allahın bir hədiyyəsi oldu bizə. Biz həmin istiqamətdə hərəkət edərkən Cəbrayıl ərazisini qatı duman bürüdü. Biz mövqelənib yerləşəndən sonra duman çəkildi: artıq Cəbrayıl şəhərini mühasirəyə almışdıq, yüksəkliyə bayrağımızı sancmışdıq. Duman açılandan sonra düşmən Azərbaycan bayrağını görüb təşvişə düşdü. Biz hücuma keçib düşmənin canlı qüvvə və texnilkalarını məhv edib, şəhərin ərazisini işğaldan azad elədik".

Bizim.Media xəbər verir ki, bunu şanlı Zəfərimizin beşinci ildönümü ərəfəsində oxu.az-a videomüsahibəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşı, Vətən müharibəsinin qazisi Məmməd Hacıyev deyib.

M.Hacıyev Füzuli rayonundan Şuşaya qədər torpaqlarımızın azad olunması üçün döyüşüb, Daşaltı istiqamətində gedən döyüşlərdə ağır yaralandığı üçün Şuşanın azad olunmasında iştirak edə bilməyib.
 

Müsahibimiz, həmçinin Kəlbəcər, Hadrut, Füzuli və digər şəhərlərimizin azad olunmasından, Calal Arutyunyanın Azərbaycanın xüsusi təyinatlılarını özlərininki kimi qələmə verib, bir erməni diviziyasının məhv edilməsinə səbəb olmasından və digər maraqlı məqamlardan danışıb.


Daha ətraflı videomüsahibədə:


Bizim.Media

Избранный
39
3
bizim.media

4Источники