2021-ci ildə qoşunlarını Əfqanıstandan çıxarması NATO-nun ən böyük məğlubiyyəti oldu.
Redaktor.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq deyib.
“Bu, NATO-nun ən böyük məğlubiyyəti idi. Amma mən hesab edirəm ki, bir çox insanın bütün ağrı və əzablarına baxmayaraq, Əfqanıstanı tərk etmək düzgün qərar idi”, - Stoltenberq bildirib.