RU

Azərbaycan millisinin İslandiya və Fransa ilə oyunlar üçün heyəti açıqlandı

Azərbaycan milli komandası noyabrın 10-dan 17-dək Bakıda təlim-məşq toplanışında olacaq.
 
HİT.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək iki oyun üçün heyəti açıqlayıb.
 
Almaniya 2-ci Bundesliqasında mübarizə aparan "Kayzerslautern”də çıxış edən Mahir Emreli heyətdə yer almayıb. 27 yaşlı hücumçu ötən gün 9 turdan sonra klubunun formasında meydana çıxsa da, zədələndiyi üçün əvəzlənib. O, meydanı göz yaşları içində tərk edib. Görünür, Mahirin zədəsi ciddidir.
 
Azərbaycan millisi noyabrın 13-də 8-ci km qəsəbə stadionunda İslandiya yığması, noyabrın 16-da isə Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa seçməsi ilə qarşılaşacaq.
 
Qapıçılar: Şahrudin Məhəmmədəliyev ("Qarabağ”), Aydın Bayramov ("Zirə”), Səlahət Ağayev ("Qəbələ”), Rza Cəfərov ("Neftçi”)
 
Müdafiəçilər: Elvin Bədəlov ("Neftçi”), Bəhlul Mustafazadə ("Qarabağ”), Bədavi Hüseynov ("Qarabağ”), Abbas Hüseynov ("Qarabağ”), Elvin Cəfərquliyev ("Qarabağ”), Cəlal Hüseynov ("Arda”, Bolqarıstan), Anton Krivotsyuk ("Daejon Hana”, Cənubi Koreya)
 
Yarımmüdafiəçilər: Qismət Alıyev ("Zirə”), Rüfət Abbasov ("Şamaxı”),  Emin Mahmudov ("Neftçi”), Mustafa Əhmədzadə ("Araz-Naxçıvan”), Səbuhi Abdullazadə ("Sumqayıt”), Abdulla Xaybullayev ("Sabah”), Xəyal Əliyev ("Sabah”), Toral Bayramov ("Qarabağ”), Ceyhun Nuriyev ("Zirə”), Rüfət Abdullazadə ("Varaždin”, Xorvatiya)
 
Hücumçular: Anatoli Nuriyev ("Sabah”), Rüstəm Əhmədzadə ("Sumqayıt”), Renat Dadaşov ("Motor”, Polşa), Nəriman Axundzadə ("Qarabağ”), Rəhman Daşdəmirov ("Sabah”)
 
Избранный
30
21
hit.az

10Источники