RU

Pavel Durovun dostu həyat yoldaşı ilə birgə Dubayda qətlə yetirildi

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qətlə yetirilən rusiyalı kriptotreyder Rоман Новакın Rusiyada 6,4 milyon rubl məbləğində borcu olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla yayıb.
 

“Məlumata görə, Novakın borcları 6,4 milyon rubldan çoxdur. Onların bir hissəsi məcburi qaydada tutulur, əsasən söhbət cinayət nəticəsində vurulmuş zərərdən gedir”, – deyə agentliyin məqaləsində bildirilir.


Agentliyin məlumatına görə, Rusiyada treyderə qarşı doqquz icra işi açılıb, lakin onların bir hissəsi artıq dayandırılıb.

7 noyabrda bir neçə Rusiya regionunda kriptotreyderə və onun həyat yoldaşına hücumda şübhəli bilinən şəxslər saxlanılıb. Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci bəndi (qəsdən adam öldürmə) üzrə cinayət işi başlanıb.

“Fontanka” portalının yazdığına görə, qətldən sonra Novak ailəsinin meyitləri doğranaraq səhrada basdırılıb.

Roman Novak özünü kriptovalyuta sahəsində sahibkar kimi təqdim edir və Pavel Durovun dostu olduğunu iddia edirdi.

O, həyat yoldaşı ilə birlikdə Dubayda yaşayırdı. Onların yoxa çıxması, Novakın dələduzluqda şübhəli bilinməsindən sonra baş verib. İddialara görə, o, Fintopio adlı sürətli pul köçürmələri tətbiqinin hazırlanması üçün təxminən 500 milyon dollar investisiya cəlb edib.

Məlumata əsasən, ölümündən qısa müddət əvvəl Novak əlavə olaraq 400 min dollar borc alıb.

Bizim.Media

Избранный
35
2
bizim.media

3Источники