RU

Bankların “qara siyahısına” salınan kriptobiznesmen həlak oldu

Moskvada baş vermiş ağır yol qəzası nəticəsində “Lamborghini” markalı avtomobilin sürücüsü, kriptobiznesmen Aleksey Dolqix həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu barədə RBK hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.

Qəza gecə saatlarında baş verib. Prokurorluğun məlumatına görə, avtomobil yol kənarındakı maneəyə çırpılıb.

Dövlət Avtomobil Müfəttişliyi (GİBBD) bildirir ki, sürücü idarəetməni itirib – nəticədə o və bir sərnişin həlak olub, daha iki nəfər isə xəstəxanaya yerləşdirilib.
 

Mash teleqram kanalının yazdığına görə, avtomobil təxminən 150 km/saat sürətlə hərəkət edərkən döngəyə daxil ola bilməyib və dəmir arakəsməyə çırpılıb, sonra isə aşıb. Hadisə ilə bağlı prokurorluq araşdırma başladıb.


Rusiya mediası qeyd edir ki, Dolqix daha əvvəl pul yuyulmasında şübhəli bilinib və bu səbəbdən Rusiya banklarının “qara siyahısına” salınıb. Bu siyahıya qanunsuz yolla əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı qanun çərçivəsində hesab açmaq və ya bank xidməti almaq hüququndan məhrum edilən şəxslər və şirkətlər daxil edilir.

Bizim.Media

Избранный
70
1
bizim.media

2Источники