RU

Ruy Kosta yenidən "Benfika"nın prezidenti seçildi

"Fiorentina", "Milan" klublarının və Portuqaliya millisinin sabiq futbolçusu Ruy Koştanın "Benfika"nın prezidenti seçilib.

Sportal.az xəbər verir ki, qərar klubun direktorlar şurası tərəfindən 8 noyabr şənbə günü keçirilən seçkilərdə verilib. 

Koşta 65,9 faiz səs toplayıb. Digər namizəd Joao Noronha Lopes isə cəmi 34,11 faiz səs yığa bilib. 

Ruy bu vəzifəni növbəti dörd il ərzində tutacaq. “Benfika” Portuqaliya yüksək liqasının 11-ci turunda "Kasa Pia"nı qəbul edəcək. Koşta bu vəzifəni 2021-ci ilin yayından bəri tutur.

 

saytlarin hazirlanmasi

Избранный
65
1
sportal.az

2Источники