RU

Cocuq Mərcanlıdan Cəbrayıl şəhərinə məktəblilərin ZƏFƏR YÜRÜŞÜ - FOTO

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Şanlı Qələbəmizin beşinci ildönümünə həsr edilən “Zəfər yürüşü” keçirilib.

Şərdi Zəngəzur Regional Təhsil İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta ümumtəhsil məktəbindən başlayan yürüş Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbində Azərbaycan Bayrağı ilə birlik və qürur rəmzi kimi başa çatıb.

Yürüşdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin rəhbərliyi, məktəb direktorları, idarə əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.

Yürüşün keçirilməsində məqsəd Vətən müharibəsində qazanılmış şanlı qələbəni, şəhid və qazilərimizin tarixi zəfər yolunu uca tutmaqdır.

Yürüş Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbində təşkil edilmiş tədbirlə davam edib.

Tədbirdə çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov deyib:
 

“Bu torpaqlarda addım atmaq, məktəblərimizdə Zəfəri qeyd etmək hər birimiz üçün qürurverici hadisədir. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə minnətdarlığımızı bildiririk. Gənclərimizin bu ruhla böyüməsi bizim ən böyük Zəfərimizdir”.


Tədbir çərçivəsində ədəbi-bədii kompozisiya təşkil edilib. Şagirdlərin ifasında səslənən vətənpərvərlik ruhlu şeirlər, musiqi nömrələri və səhnəciklər Vətən müharibəsi dövründə göstərilən qəhrəmanlıq salnaməsini bir daha canlandırıb.


Bizim.Media

Избранный
13
2
bizim.media

3Источники