RU

Ukraynalı nazir sakinləri elektrik enerjisindən istifadəni məhdudlaşdırmağa çağırıb

Ən pis elektrik təchizatı Ukraynanın Poltava, Sumı və Xarkov vilayətlərindədir.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna energetika nazirinin müavini Artem Nekrasov xəbər telemarafonda bildirib.

"Elektrik şəbəkəsində vəziyyət çətindir. Ən ağır vəziyyət Xarkov, Sumı və Poltava vilayətlərindədir", - deyə o bildirib.

Rəsmi şəxsin sözlərinə görə, ölkənin əksər bölgələrində bütün istehlakçı kateqoriyaları üçün saatlıq elektrik kəsintilərinin tətbiq edilməsi məcburiyyətində qalınıb".

Nekrasov qeyd edib ki, bir neçə bölgədə, xüsusən də Dnepropetrovsk, Xarkov və Çerniqov vilayətlərində uzun müddət elektriksiz qalan abonentlər var".

Osakinləri elektrik enerjisindən istifadəni məhdudlaşdırmağa çağırıb.

Bir gün əvvəl Ukraynanın enerji holdinqi DTEK istilik elektrik stansiyalarından birinin ciddi ziyan gördüyünü açıqlamışdı. Bu arada, Ukraynanın dövlətə məxsus "Centrenergo" şirkəti isə ölkədəki bütün dövlətə məxsus istilik elektrik stansiyalarının tamamilə bağlandığını və elektrik enerjisi istehsalının sıfırlandığını elan edib.

Избранный
67
teleqraf.com

1Источники