RU

Çin ABŞ-a ixrac qadağasını dayandırıb

Çin qallium, germanium, stibium və super sərt materiallar da daxil olmaqla bəzi strateji ikili təyinatlı malların ABŞ-yə ixracına qoyduğu məhdudiyyətləri ləğv edib.

Trend xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında qeyd olunur: “Dərc olunduğu tarixdən etibarən 27 noyabr 2026-cı il tarixinə qədər Ticarət Nazirliyinin 2024-cü il tarixli 46 nömrəli əmrinin qüvvəsi dayandırılır”.

Bildirilib ki, Pekin bu qərarı Kuala Lumpurda keçirilən Çin-ABŞ ticarət danışıqları zamanı əldə olunan razılaşma çərçivəsində qəbul edib. Həmin razılaşmaya əsasən, Çin 31 ABŞ şirkəti üzərindəki nəzarət tədbirlərini də yumşaldıb.

AzPost.az

Избранный
13
5
azpost.info

7Источники