NATO-nun keçmiş baş katibi Yens Stoltenberq ABŞ prezidenti Donald Trampın ABŞ-ı blokdan çıxarmaqla bağlı təhdidləri səbəbindən alyansın dağılmasından qorxduğunu bildirib.
Azreform.info xəbər verir ki, Stoltenberq Britaniyanın "The Sunday Times" qəzetinə verdiyi müsahibədə "Prezident Trampın alyansı tərk etməyi düşündüyünü açıqladığı 2018-ci il NATO sammitində NATO-nun sonunun şahidi olacaq baş katib olacağımdan narahat idim" deyib.
Lakin, Stoltenberq qeyd edib ki, tərəflər tezliklə kompromis tapa biliblər. O, Avropa müttəfiqlərinin alyansın "birliyini qorumasına" kömək edən birgə səylərini artırdığını qeyd edib. Keçmiş baş katib əlavə edib ki, NATO üzv ölkələrinin əksəriyyəti indi "bir neçə il əvvəlkindən daha çox pul ödəyir" və alyans müdafiə xərclərini artırmağı planlaşdırır.
Yens Stoltenberq "Mənim nəzarətimdə: Müharibə zamanı NATO-ya necə rəhbərlik etdim" adlı xatirələrində 2018-ci ilin yayında Donald Trampın Brüsseldə keçirilən qapalı iclasda ABŞ-ı alyansdan çıxarmaqla hədələdiyini xatırladıb. Tramp iddia edib ki, ABŞ blokun büdcəsinin 90%-ə qədərini ödəyir və NATO olmadan da idarə edə bilər. ABŞ prezidentinin çıxışlarından sonra Avropa ölkələri hərbi xərcləri ÜDM-in 2%-nə qədər artırmaq barədə razılığa gəldilər.
Elvin
Azreform.info