RU

Paşinyan Rusiyaya getdi –MDB SAMMİTİNDƏ İŞTİRAK EDƏCƏK

Ermənistanın baş naziri Nikol Paşinyan MDB və Avrasiya İqtisadi İttifaqının sammitində iştirak etmək üçün Sankt-Peterburqa gedib.

 

Bu barədə TASS məlumat yayıb.

 

Bildirilib ki, dekabrın 25-26-da Rusiyanın Sankt-Peterburq şəhərində MDB və Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısı olacaq.

 

Sammit Rusiya Prezidenti Vladimir Putinin dəvəti və təşəbbüsü ilə keçirilir.

 

Senzor.az xatırladır ki, N.Paşinyan bundan əvvəl, noyabrda Bişkekdə MDB sammitində və Minskdə KTMT liderlərinin sammitində iştirak etməyib. Bundan başqa, o, Moskvada MDB Hökumət Başçıları Şurasının iclasına da qatılmayıb.

Избранный
89
7
senzor.az

9Источники